AzTU-da 4 qrup distant təhsilə keçdi
    • 1-11-2021, 12:43
    • 562

AzTU-da 4 qrup distant təhsilə keçdi

Azərbaycan Texniki Universitetində (AzTU) ötən həftə 4 tələbənin (Nəqliyyat və logistika fakültəsi -1 tələbə, Xüsusi texnika və texnologiya fakültəsi - 1 tələbə, Maşınqayırma və robototexnika fakültəsi - 1 tələbə, İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsi - 1 tələbə) COVID-19 testi pozitiv çıxıb.

Ali təhsil müəssisəsindən News24.az-a verilən məlumata görə, bu səbəbdən həmin tələbələrin təhsil aldığı qruplar distant tədrisə keçib.
Qeyd edək ki, bundan əvvəl koronavirusa yoluxan üç tələbə artıq sağalıb və onların qrupunda əyani tədris bərpa olunub.