Bu universitetdə 7 tələbə koronavirusa yoluxdu: Dərslər... - RƏSMİ
    • 14-10-2021, 16:31
    • 404

Bu universitetdə 7 tələbə koronavirusa yoluxdu: Dərslər... - RƏSMİ

"Azərbaycan Dillər Universitetində dərslər başlayandan bu günə qədər 7 tələbədə COVID-19 aşkar olunub".

Bu barədə universitetin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, həmin tələbələr karantinə alınıb:

"Tədrisin distanta keçməsi ilə bağlı məlumat həqiqətə uyğun deyil. Qrupun karantinə alınması, yaxud dərslərin onlayna keçməsi yalnız bir qrupda 3 tələbədə virus aşkar olunduğu təqdirdə olur. Belə hal isə ADU-da yoxdur".

Xatırladaq ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika və riyaziyyat fakültəsi ilə musiqi və fiziki tərbiyə fakültəsinin tələbələrində koronavrus aşkarlandığı üçün iki qrupda dərslər 14 gün müddətinə distant təhsilə keçib. /Lent.az/