Bu şəxs dəmir yolu xəttinin borularını oğurladı - Video/Foto
    • 1-11-2021, 13:27
    • 441

Bu şəxs dəmir yolu xəttinin borularını oğurladı - Video/Foto

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Bakı-Şabran dəmir yolu xəttinin Baş Sumqayıt stansiyası ərazisindən keçən hissəsindən oğurluq edilib.

DİN Mətbuat Xidmətindən News24.az-a Naməlum şəxs stansiya ərazisindəki rabitə quyusundan ümumilikdə 73 metr borunu kəsərək oğurlayıb və nəticədə stansiyaya 1300 manata yaxın maddi ziyan vurub. Hadisə barədə məlumat daxil olan kimi Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Baş Sumqayıt Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat zamanı qeyd edilən oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini əvvəllər məhkum olunmuş Hüseynbala Cəfərov saxlanılıb. Onun oğurladığı əşyaların bir hissəsi və hadisə zamanı istifadə etdiyi kəsici alətlər maddi sübut kimi aşkar olunaraq götürülüb. Hüseynbala Cəfərov ifadəsində qeyd edilən stansiyanın ərazisindən oğurluq etdiyini etiraf edib.

Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar aparılır. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.