-
- 1-11-2021, 14:25
- 453
Bakıda marketdə istehlaka yararsız məhsullar aşkar olundu
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
AQTA-dan News24.az-a verilən məlumata görə, agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev pr. 25, m 6 ünvanında yerləşən, fiziki şəxs Əlili Vüsal Sülfəddin oğluna məxsus “Nərmin” marketdə plandankənar yoxlama keçirilib. Yoxlama zamanı marketdə istifadə müddəti bitmiş xörək duzu, müxtəlif növ süd məhsulları (qatıq, dovğa, mayonez), günəbaxan tumu məhsulu aşkar edilib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, məhsullar satış şəbəkəsindən çıxarılıb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.