İstanbuldan Bakıya 47 ədəd mobil telefon gətirmək istədi
    • 1-11-2021, 15:32
    • 462

İstanbuldan Bakıya 47 ədəd mobil telefon gətirmək istədi

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı "yaşıl kanal" vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən saxlanılıb və "qırmız kanal"a yönləndirilib.

News24.az DGK-ya istinadən xəbər verir ki, vətəndaşa məxsus çantalara rentgen qurğusu vasitəsilə baxış zamanı monitorda mobil telefonlara məxsus təsvirlər əks olunduğu müəyyənləşdirilib.

Çantalara baxış zamanı qutusuz və aksessuarsız vəziyyətdə 3 ədəd "Samsung S21", 21 ədəd "İphone 12 Pro", 3 ədəd "İphone 12 Pro Max", 3 ədəd "İphone 13", 17 ədəd "İphone 13 Pro" markalı mobil telefonlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.