Bərdədə havaya atəş açan şəxs SAXLANILDI
    • 2-11-2021, 12:02
    • 355

Bərdədə havaya atəş açan şəxs SAXLANILDI

Bərdə Rayon Polis Şöbəsinə noyabrın 1-də saat 20 radələrində Mirzalıbəyli kəndi ərazisində kənd sakini Ə.Nəsirovun Tərtər rayon sakini Ə.Bağırovun idarə etdiyi “VAZ-21102” markalı avtomobildə mübahisə zamanı onun qoluna bıçaqla xəsarət yetirib avtomobildən düşərək qaçması, daha sonra Ə.Bağırovun avtomobilin yük yerində olan avtomat silahı götürüb onun həyətinə gələrək orada havaya atəş açıb avtomobillə getməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Bağırov saxlanılmış, ondan “AK” markalı avtomat silahı, 1 ədəd patron darağı və 1 ədəd patron götürülmüşdür. Tibbi müayinədən keçirilərkən onun orta dərəcəli sərxoş olması müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) cinayət işi başlanıb.