-
- 2-11-2021, 17:57
- 385
1024 şəhid ailəsi üzvü və qazi işlə təmin olundu
Bu ilin iyun ayında başladılan “Məşğulluq marafonu”na bugünədək 568 işəgötürən qoşularaq 3 269 vakansiya təqdim edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən News24.az-a verilən məlumata görə, təqdim edilən vakansiyalar üzrə həmin kateqoriyalardan olan artıq 1 024 nəfər (160 şəhid ailəsi üzvü və 864 qazi) işlə təmin olunub. Hazırda da vakansiyalar üzrə göndərişlərin verilməsi davam edir.
“Məşğulluq marafonu”na qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları linkinə daxil olmaqla qeyd edə bilərlər.
Qeyd edək ki, marafonun məqsədi Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibədə yaralanmış qazilərimizin məşğulluğuna dəstək verməkdir. Marafon “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilir.