"Kalmar oyunu" (Squid Game) mövzusunda təşkil olunan Hellouin şənliyində faciə yaşanıb.
News24.az xəbər verir ki, hadisə Panamada baş verib. Silahlı atışma zamanı 5 nəfər ölüb, 7 nəfər isə yaralanıb. Daha 3 cəsəd isə şənliyin keçirildiyi əraziyə yaxın zibillikdə aşkarlanıb.
Atışmanın 2 yerli rəqib kriminal dəstənin üzvləri arasında yaşandığı da bildirilib.