-
- 4-11-2021, 11:16
- 402
Azərbaycanda qadın övladını incidən 10 yaşlı uşağın ayağını sındırdı – ŞOK TƏFƏRRÜAT
Gədəbəy rayonunda 2013-cü il təvəllüdlü övladını ağladan azyaşlıya xüsusi amansızlıqla xəsarət yetirən qadın barəsində cinayət işi açılıb.
News24.az-ın məlumatına görə, hadisə rayonun Daşbulaq kəndində baş verib. 1977-ci il təvəllüdlü Sevil Dəmirova (adlar şərtidir) 7 yaşlı oğlu Gərayın ağladığını görüb və məlum olub ki, onu qonşunun 10 yaşlı uşağı Murad incidib. Bundan əsəbləşən qadın aşkar vəziyyətdə köməksiz olan və müqavimət göstərmək imkanı olmayan azyaşlıya ağacla xəsarət yetirib. Bu zaman zərbələrdən biri 10 yaşlı uşağın topuq sümüyünün sınmasına səbəb olub.
Psixoloqun müayəti ilə məhkəmədə ifadə verən 10 yaşlı Murad Sevilin ona ağacla 2 zərbə endirdiyini deyib: “Orta məktəbin dördüncü sinfində oxuyuram. Sevil xala qonşusudur, oğlu Gəray isə dostumdur. Hadisə baş verən gün saat 14 radələrində Gəray mənə qarşı söyüş söydüyündən üstünə getdim, lakin onu vurmadım. O ağladı, sonra anası əlində ağacla mənə tərəf gəlib topuğumdan iki dəfə zərbə ilə vurdu. Ağrıdan yeriyə bilmədim və anamı çağırdım. Anam gəlib məni xəstəxanaya apardı, xəstəxanada ayağına gibs qoyub sarıdılar. Hazırda Sevil xala və Gərayla barışmışıq”.
Gədəbəy rayon Məhkəməsi Sevil Əsgərovanı Cinayət Məcəlləsinin 127.2.2-ci (qəsdən sağlamlığa az ağır zərər vurma - xüsusi amansızlıqla törədildikdə) maddəsi ilə təqsirli bilib. Ona 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Təqsirləndirilən şəxsə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası himayəsində olan azyaşlı 14 yaşına çatanadək təxirə salınıb.