Bakı sakini Siyəzəndə narkotiklə saxlanıldı
    • 5-11-2021, 11:51
    • 282

Bakı sakini Siyəzəndə narkotiklə saxlanıldı

Bakı sakinin avtomobilində marixuana aşkarlanıb.

News24.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini S.Əzizovanın idarə etdiyi “Mercedes” markalı avtomobil Siyəzən rayonunun Zarat qəsəbəsi ərazisində nəzarət qaydasında saxlanılıb.

Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan 200 qram marixuana aşkar edilərək götürülüb.