Polisə tabe olmaq istəməyən sürücünün maşınında marixuana aşkar edildi
    • 3-08-2021, 13:20
    • 366

Polisə tabe olmaq istəməyən sürücünün maşınında marixuana aşkar edildi

Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri müvafiq tədbirlərlə avqustun 2-də saat 2 radələrində Yevlax rayonunun Qarxun kəndi ərazisində rayon sakini N.Cəfərovun idarə etdiyi “BMW” markalı avtomobil nəzarət qaydasında saxlanılıb. Sürücüdən sənədləri tələb etdikdə tabesizlik göstərməsinə baxmayaraq o, polis əməkdaşları tərəfindən saxlanılıb.

News24.az xəbər verir ki, avtomobilə baxış zamanı oradan çəkisi 3 kiloqram 625 qram olan marixuana aşkar edilərək götürülmüş və sürücü ilə birgə Yevlax Rayon Polis Şöbəsinə təhvil verib.

Davam etdirilən tədbirlərlə N.Cəfərovun Aşağı Qarxun kəndi ərazisində atdığı, çəkisi 2 kiloqram 335 qram olan çətənə kolunun hissələri də aşkar edilərək götürülüb.