Teymur Musayev vaksinlərin bölüşdürülməsi ilə bağlı siyasəti tənqid etdi
    • 5-11-2021, 12:33
    • 424

Teymur Musayev vaksinlərin bölüşdürülməsi ilə bağlı siyasəti tənqid etdi

"COVID-19 səhiyyə sisteminə təzyiqlər göstərməkdədir. Yüksək gəlirli ölkələrdə 133 doza 100 nəfərə düşürsə, aşağı təminatlı ölkələrdə 4 doza 100 nəfərə düşür. Belə bir şəraitdə pandemiyanı idarə edə bilməyəcəyik və pandemiyanın dalğalarına düşəcəyik".

News24.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini, nazir səlahiyyətlərini icra edən Teymur Musayev VIII Qlobal Bakı Forumunun "Səhiyyə və əhalinin vaksinasiyası" panel müzakirələrində çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan ilk gündən peyvənd millətçiliyinə qarşı çıxis edib: "Hələ də dünyada peyvənd millətçiliyi yürüdülür".

Nazir müavini bildirib ki, dünyada səhiyyə xidmətləri dayanıqlı olmalıdır.