-
- 5-11-2021, 18:32
- 500
Müharibənin izini özündə yaşadan HƏMİN MƏKTƏB - REPORTAJ-VİDEO
Vətən müharibəsi zamanı erməni terroru nəticəsində yararsız hala düşən Tərtər rayonu Dağıstan Əzizov adına Şıxarx kənd 1 nömrəli tam orta məktəbin yeni inşa olunan modul tipli binasının açılışı olub.
News24.az-ın məlumatına görə, açılışda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, təhsil nazirinin müşaviri Elnur Əliyev, Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov, media qurumlarının rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.
Təhsil müəssisəsinin direktoru Ramil Ağayev xatırladıb ki, ötən il Vətən müharibəsi başlayandan iki gün sonra - sentyabrın 29-da məktəbin həyətinə mərmi düşmüşdü: "Tərtərdə erməni vəhşiliyinin qurbanı olan ilk məktəb də məhz bura olub. Məktəb tamamilə istifadəyə yararsız halda idi. Dövlət başçısının tapşırığı ilə məktəbdə təhsil alan şagirdlər üçün yeni təhsil ocağı inşa edildi. Məktəb modul tipli olmaqla 12 otaqdan ibarətdir. 80 şagird yerlikdir və 22 müəllim çalışır".
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov isə xatırladıb ki, rayon Vətən müharibəsində ən çox zərər çəkən ərazi olub: "Müharibə zamanı 16 məktəb, 11 bağça və çox sayda obyekt yararsız hala düşüb. Tərtər rayonu 44 günlük müddətdə hər günə bir şəhid verib. Həmin müddətdə 16 mülki şəhidimiz də olub. Onlardan biri də məktəbli olub".
Daha ətraflı reportajı təqdim edirik:
Ülkər Qasımova
Foto: Nicat Niftəliyev