Bu mallar gömrük rüsumundan azad edilir - SİYAHI
    • 6-11-2021, 12:07
    • 586

Bu mallar gömrük rüsumundan azad edilir - SİYAHI

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Nazirlər Kabinetinin Qərarına dəyişiklik edilib.

News24.az xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərarla işğaldan azad edilmiş ərazilərin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalar və müharibənin partlayıcı qalıqlarından təmizlənməsi üçün idxal edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahı təsdiq edilib.

Qərara əsasən, bu istiqamət üçün müəyyən edilən mal nomenklaturasına müvafiq idxal olunan malların Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalar və müharibənin partlayıcı qalıqlarından təmizlənməsi üçün istifadəsinin təsdiq edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı tərəfindən həyata keçiriləcək.