“Qlobal Bakı Forumu bütün dünyanın diqqət mərkəzindədir”
    • 6-11-2021, 15:22
    • 428

“Qlobal Bakı Forumu bütün dünyanın diqqət mərkəzindədir”

“Pandemiyadan əvvəl dünyada bir çox beynəlxalq konfranslar, forumlar keçirilib. Qlobal Bakı Forumu COVID-19 pandemiyasından sonra keçirilən nadir böyük tədbirlərdən biridir və məhz buna görə dünyanın diqqətindədir”.

News24.az xəbər verir ki, bu fikirləri AzərTAc-a müsahibəsində dünya şöhrətli fotoqraf Reza Deqati söyləyib.

Fotoqraf diqqətə çatdırıb ki, Azərbaycan İkinci Qarabağ müharibəsində Zəfər qazanıb. Bu, böyük uğurdur, lakin informasiya müharibəsi hələ də davam edir: “Bu cür forumlar dünyanın nüfuzlu insanlarına və bir çox ölkələrin mediasına dünyaya həqiqətlərini çatdırmağa kömək edir. Bu tədbir Azərbaycana informasiya müharibəsində qalib gəlməyə kömək edəcək”.