Bakıda iki avtomobil toqquşdu - biri yandı
    • 7-11-2021, 10:28
    • 328

Bakıda iki avtomobil toqquşdu - biri yandı

Bakı şəhərinin Nizami rayonunda “Chevrolet” və “Toyota” markalı iki minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, nəticədə “Chevrolet” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.