Qazaxıstanda şaxtada qəza: 6 nəfər öldü
    • 7-11-2021, 10:56
    • 367

Qazaxıstanda şaxtada qəza: 6 nəfər öldü

Qazaxıstan şaxtalarının birində qəza baş verib. Ölkənin Karaqanda vilayətindəki Abay mədənində baş verən qəzada bir neçə nəfər həlak olub.

News24.az xəbər verir ki, bu barədə Qazaxstanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, qəza bu gün saat 09:30-da Abayın eyniadlı şaxtasında qeydə alınıb. Hadisəyə səbəb ventilyasiya qurğusunda yaranan nasazlıq olub. Nəticədə mədənə metan qazı sızıb. Hadisə zamanı şaxtada 8 işçi olub. Onlardan altısı ölüb, ikisi isə yaralanıb.