Göygöl rayonunda dəhşli qəza- 8 nəfər öldü
    • 29-04-2019, 14:47
    • 1 753

Göygöl rayonunda dəhşli qəza- 8 nəfər öldü

Göygöl rayonunda ağır yol qəzası baş verib. 

News24.az-ın 
"Report"a istinadla verdiyi xəbərə görə, qəza zamanı ölənlərdən 2-si uşaq, 4-ü qadın, 2-si isə kişidir.  

Hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2106" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub. Nəticədə biri qadın, ikisi kişi olmaqla üç nəfər hadisə yerində ölüb, bir uşaq isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. 

Qəzada xəsarət alanların olduğu da bildirilir. 

Faktla bağlı araşdırma aparılır.