Mövlud Çavuşoğlu Azərbaycan səfiri ilə görüşdü
    • 8-11-2021, 14:09
    • 407

Mövlud Çavuşoğlu Azərbaycan səfiri ilə görüşdü

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan səfiri ilə görüşüb.

News24.az xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.

“Qarabağdakı 30 illik həsrətə son verən Zəfərin birinci ildönümündə Can Azərbaycanın Ankaradakı yeni səfiri Rəşad Məmmədovla görüşdük. Azərbaycanla qardaşlığımız daimi, sevincimiz ortaqdır”, - məlumatda qeyd olunub.