"Milan" azarkeşləri Çalhanoğludan belə qisas aldılar
    • 9-11-2021, 10:35
    • 297

"Milan" azarkeşləri Çalhanoğludan belə qisas aldılar

"Milan" azarkeşləri "İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğluna müraciət ünvanlayıblar.

News24.az "Football Italia"ya istinadən xəbər verir ki, A Seriyasının 12-ci turuna təsadüf edən Milan derbisində (1:1) penaltidən qol vuran Çalhanoğlunun əllərini qulaqlarının arxasına qoyub bayram etdiyi qol sevinci azarkeşləri hiddətləndirib.

Matçın ardından şəhərdən Türkiyə millisinin 27 yaşlı üzvünü özündən çıxaracaq banner asılıb:

"Cəsarət penalti vurmaqla yox, sənə xəyanət edən arvadının yanında qala bilməklə ölçülür".

Qeyd edək ki, Hakan "İnter"dən öncə "Milan"ın formasını geyinib. O, 2018-ci ildə həyat yoldaşı ilə xəyanətə görə ayrılsa da, sonradan cütlük yenidən bir araya gəlib. /Fanat.Az/