Şəhid polkovnikin ailəsində AĞIR İTKİ
    • 9-11-2021, 10:59
    • 606

Şəhid polkovnikin ailəsində AĞIR İTKİ

Vətən müharibəsində Şəhid olan polkovnik-leytenant Mehman Qəmbərovun atası vəfat edib.

News24.az-ın məlumatına görə, şəhid zabitin atası Nəriman Qəmbərov dünyasını dəyişib.

Qeyd edək ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Mehman Qənbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mehman Qənbərov sentyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olub. Bərdə rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Mehman Qənbərov "Qarabağ" ordeni, "Vətən uğrunda" medalı və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.