Murad Arif: “O reytinq başınıza dəysin…”
    • 23-11-2018, 12:59
    • 1 032

Murad Arif: “O reytinq başınıza dəysin…”

“Əgər bir kanal qazanmaq üçün “zövq pornosu” göstərməyə məhkumdursa, bağlansın!

“Ölünü özbaşına buraxanda, kəfənini bulayır”. Bəli, bu ölü - Azərbaycan mediası, ifraz olunan - mütəmadi gördüklərimiz, kəfən də ki, əhalinin zövqüdür”.
Bu sözləri aparıcı-müğənni Murad Arif sosial şəbəkədə yazıb. O, “facebook”dakı hesabında televiziyaları tənqid edib:
“Pozğun adamların İnstaqram profilindən televiziya, radio, mətbuat artıq fərqlənsin. O fərq - peşəkarlıq, intellekt və səviyyədir. Kimdə yoxdursa, öz instaqramından işini görsün. Öz “Youtube”dan verilişini aparsın, halal xoşu! Belə oyun olar? Balam, əksər peşəkarlar pərən-pərən səpələnib, şirkət və təşkilatların reklam və mətbuat işlərinə…. Qalanlar da kanalın dolanmaq missiyasının qurbanları... 
Özüm əyləncə, şou sektorunun adamıyam. Bu efirlər nə qədər əyləndirər, oynadar, oxudar, burcudar? Balans bilirsiniz nədir? İndi bir ağıllı çıxıb deyəcək ki, “Reytinq olmasa, kanal dolana bilməz”. O dolanmaq, reytinq başınıza dəysin. Əyləncənin də səviyyəsi olur axı”. 

//Qafqazinfo