Murad 10 il çalışdığı "Lider"dən getdi: "Detalları açıqlamayacağam..."
    • 25-09-2018, 13:10
    • 1 176

Murad 10 il çalışdığı "Lider"dən getdi: "Detalları açıqlamayacağam..."

Bəstəkar-müğənni, aparıcı Murad Arif Lider TV ilə yollarını ayırıb. 

 M. Arif bildirib ki, bir müddət heç bir televiziya kanalında görünməyəcək:

"Artıq 5-ci aydır ki, dövlət konsertləri istisna olmaqla, verilişlərdə aparıcı və ya qonaq qismində də görünmürəm. Söhbət yalnız "Lider"dən getmir. Ümumiyyetlə, qışa qədər televiziyalarda görünməyi sıfıra endirmək qərarındayam. Sadəcə olaraq, belə lazımdır. Detalları açıqlamayacağam. İnstaqram, Feysbuk səhifələrim və Yutub kanalımdan yeniliklər açıqlanacaq".

Xatırladaq ki, M. Arif Lider TV-də çalışdığı 10 il ərzində "Solo", "Status" kimi verilişlərin aparıcısı olub. 

M. Arif hazırda "Youtube"da böyük marağa səbəb olan "Popumuz var" layihəsini təqdim edir. Sözügedən layihə "MuzTV Azərbaycan" kanalında da yayımlanmaqdadır. 

//baku.ws