-
- 23-11-2018, 13:09
- 1 528
Türkiyəli məşhur aktyorlar “IV. Türk Filmləri Həftəsi”nin mətbuat konfransında - FOTOLAR - VİDEO
Xəbər veridiymiz kimi, Bakıda Türkiyə Mədəniyyət nazirliyinin dəstəyi, “Yerli Düşüncə” dərnəyinin təşkilatçılığı ilə “IV Türk Filmləri Həftəsi”nə start verilib.
Bir neçə saat öncə tədbirlə əlaqədar Nizami Kino Mərkəzində mətbuat konfransı keçirilib.
Konfransda “Türk Filmləri Həftəsi”nin koordinatoru Öner Kılıç, tanınmış türkiyəli aktrisa Gizem Karaca, aktyorlar Deniz Oral, Sezgin Erdemir, bu gün təqdimatı baş tutacaq “Güller” filminin rejissoru Mehmet Gün, rejissor-ssenasir Murat Çeri və menecer Özlem Erçağlar iştirak edib və jurnalistlərin suallarını cavablandırıblar.
Media nümayəndələrini salamlayan tədbirin koordinatoru Öner Kılıç tədbir haqda geniş məlumat verib:
“Mən illərdir Azərbaycana səfər edirəm. İndi də öz evimə gəlmiş kimi oldum. Tədbir Türkiyə Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
“Türk Filmləri Həftəsi” Azərbaycanla bərabər Qazaxıstan, Qırğızıstan və Özbəkistanda da təşkil olunur. Məqsədimiz sizlərə yalnız türk filmlərini izlətmək deyil, həm də aktyor və rejissorlarla da tanış etməkdir. Eyni zamanda da türkiyəli aktyor və film şirkətlərini azərbaycanlı rejissor, aktyor və şirkətlərlə bir araya gətirib ortaq mədəniyyətimiz haqda ekran işləri ərsəyə gətirmək istəyirik. Hazırda burada rejissorlarla danışıqlar aparırıq. İnşallah müştərək seriallar ərsəyə gətirə bilərik”.
Aktrisa Gizem Karaca filmə çəkilməmişdən öncə diqqət etdiyi məqamlar haqda söz açıb:
“Filmə çəkilməmişdən öncə mənim üçün əsas ssenari və gedişatdır. Sonda tamaşaçıda hansı hisslərin yaranması, ağıllarında buraxa biləcəyim iz vacibdir.
Azərbaycandan film təklifi alsan çox sevinərəm. Mənim üçün maraqlı və eyni zamanda da fərqli olar. Fərqli mədəniyyətləri, insanları və səyahət etməyi çox sevirəm. Deyə bilmərəm ki, gözəl olduğum üçün filmlərə təklif alıram. Çünki insanlara nəyisə hiss etdirmək lazımdır”.
“Diriliş Ertuğrul” serialının aktyoru Sezgin Erdemir tarixi və digər janrda olan serialların arasında fərqdən danışıb:
“Aktyor üçün serialın janrı fərq etmir. Bizim üçün hər obraz yeni dünyadır. Hər dəfə eyni mərhələdən keçirik. Qəhrəmanımızı təhlil edirik, özümüzə xas olan xarakteri də qatıb tamaşaçıya inandırıcı obraz təqdim etməyə çalışırıq.
Tarixi obrazların bir fərqi var, o da nə vaxtsa yaşamış birini canlandırırq. Bu zaman dəqiq araşdırma etmək vacindir”.
Teymur MƏMMƏDOV
FOTO/VİDEO: Nurlan GÜLMƏMMƏDOV