Tovuzda ana və 5 yaşlı oğlu itkin düşdü

Tovuzda ana və 5 yaşlı oğlu itkin düşdü
HADİSƏ

10-11-2021, 14:23

Mətn ölçüsü

Tovuzda ana və 5 yaşlı oğlu itkin düşüb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumat verilib.
Bildirilib ki, Tovuz rayon Aşağı Quşçu kənd sakini, 1993-cü il təvəllüdlü Tacirə Aslanova və onun övladı - 2016-cı il təvəllüdlü Nihat Quliyev oktyabr ayının 30-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Həmin əlamətləri belədir: Boyu 155 sm, saçları sarı rəngdədir, gözlərinin rəngi qəhvəyi, arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində göy rəngli cins şalvar, qırmızı rəngli köynək və qara rəngli ayaqqabı olub.

"Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - Mətbuat Xidmətindən bildirilib.