Qafqaz Təbiət Fondunun nümayəndə heyəti  ilə görüş keçirildi
    • 10-11-2021, 16:27
    • 430

Qafqaz Təbiət Fondunun nümayəndə heyəti ilə görüş keçirildi

Azərbaycanda işgüzar səfərdə olan Qafqaz Təbiət Fondunun (CNF) icraçı direktoru Tobias Muençmeyer və Fondun bioloji müxtəliflik üzrə eksperti Tanya Rosen Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevlə görüşüb.

Nazirlikdən News24.az-a verilən məlumata görə, görüş zamanı biomüxtəlifliyin mühafizəsi, xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsinin təkmilləşdirilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.