ETSN-də BP-nin regional prezidenti ilə GÖRÜŞ KEÇİRİLDİ
    • 26-09-2019, 17:09
    • 723

ETSN-də BP-nin regional prezidenti ilə GÖRÜŞ KEÇİRİLDİ

ETSN-də BP-nin regional prezidenti ilə görüş keçirilib.

Sentyabrın 26-da Ekologiya və Təbii Sərvətlər Nazirliyində BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə Regionu (BP AGTR) üzrə prezidenti cənab Qəri Counz ilə görüş keçirilib.

Görüş zamanı BP tərəfindən Azərbaycanda həyata keçirilən və keçirilməsi nəzərdə tutulan layihələr, bərpa olunan enerji mənbələri ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri və ekoloji standartlar müzakirə edilib.