Bakıda güclü külək 70-dən çox ağacı AŞIRDI - FOTO
    • 11-11-2021, 09:54
    • 820

Bakıda güclü külək 70-dən çox ağacı AŞIRDI - FOTO

Paytaxt ərazisində güclü külək səbəbindən aşan ağacların sayı 70-i keçib.

Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən News24.az-a verilən məlumata görə, küləyin paytaxt ərazisində yaratdığı fəsadların aradan qaldırılması istiqamətində gecə və gündüz saatlarında təxirəsalınmaz tədbirlər davam etdirilir.

Külək nəticəsində bu saata qədər 93 iri budaq və ağac aşıb. Aşan ağaclar 10 avtomobilə müxtəlif dərəcəli ziyan vurub.