Ötən gün güclü külək nəticəsində Bakıda 70 ağac qırıldı - BŞİH
    • 6-08-2019, 12:43
    • 795

Ötən gün güclü külək nəticəsində Bakıda 70 ağac qırıldı - BŞİH

"Avqustun 5-də güclü küləyin nəticəsində Bakıda 70-ə yaxın ağaca ziyan dəyib". 

Bununla bağlı News24.az-a açıqlamasında Bakı Şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitgilərin Mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib. 

Onun sözlərinə görə, avqustun 5-dən bu günə kimi 15 ağac sınıb, 54 ağacın isə budaqları qırılıb, ümumilikdə 70-ə yaxın ağaca ziyan vurub: "Dünəndən Bakı Şəhər İcra Hakimiyyətinin göstərişi ilə Yaşıllaşdırma Təsərüfatı Birliyi gücləndirilmiş iş rejimində çalışır. Aşmış ağacları ərazidən götürür, yolu açır. Eyni zamanda 50-yə yaxın müracoət daxil olub. Müraciətlər əsasən ağacların sınması, əyilməsi ilə bağlı olub, bütün şikayətlər qeydiyyata alınır, bunların qəza törətməməsi üçün tədbirlər həyata keçirilir. Bununla bağlı demək olar ki, bütün əməkdaşlar işə səfərbər olunub". 

Afaq Mirayiq