AFFA "Sumqayıt"ın şikayətini QƏBUL ETMƏDİ
    • 12-11-2021, 14:54
    • 354

AFFA "Sumqayıt"ın şikayətini QƏBUL ETMƏDİ

AFFA Apellyasiya Arbitraj Tribunalı "Sumqayıt" klubunun şikayətinə baxıb.

News24.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, qurum "gənclik şəhəri" təmsilçisinin şikayətini təmin etməyib.

AFFA İntizam Komitəsinin oktyabrın 29-da Murad Xaçayev haqqında verdiyi qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, Murad Xaçayev səfərdə "Sabah" komandasına 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VIII tur matçında “aqressiv hərəkət”ə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Ona 5 oyun cəza, klubuna 4000 manat cərimə kəsilib.