-
- 13-11-2021, 15:16
- 3 496
Tovuzda amansızlıqla yandırılan Nərminin anası hamilədir
Ötən il Tovuz rayonunun Dondar Quşçu kəndində amansızlıqla yandırılan 10 yaşlı Nərmin Quliyevanın anası Aynurə İsmayılova ilə bağlı saytımıza məlumat daxil olub.
News24.az-ın əldə etdiyi məlumata görə, A.İsmayılovanın üçüncü övladı dünyaya gələcək.
O, saytımıza açıqlamasında faktı təsdiqləyib.
A.İsmayılova bildirib ki, yeni doğulacaq körpəsi 7 aylıqdır: “Biz düşünmüşdük ki, qız olsa adını Nərmin, oğlan olsa Nadir qoyacağıq. Həkimlər ultrasəs aparatı ilə baxıb, oğlan olduğunu dedilər”.
Qeyd edək ki, 2019-cu ilin noyabrın 21-də itkin düşən Tovuz rayon sakini, 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyiti yanvarın 6-da saat 19:30-da Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb.