-
- 7-01-2020, 17:19
- 2 265
Yandırılmış meyiti tapılan 10 yaşlı Nərminin anası: "HAVALANMIŞAM” - VİDEO
Anası və nənəsi Tovuzda yandırılmış halda meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanın itkin düşməzdən qabaq sonuncu dəfə evdən çıxmasından danışıblar.
Nərminin nənəsi Minayə İsmayılova bildirib ki, dərsdən qayıdıb evlərinə gəldikdən sonra atası onu əmisigilə göndərib. Əmisigildən qayıtdıqdan sonra isə Nərmin itkin düşüb.
Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 21 noyabr 2019-cu il tarixdə itkin düşməsi ilə əlaqədar aparılmış araşdırmalarla onun qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Meyitin üzərində yanıq xəsarətləri olub.