Yadplanetliləri görən 7 məşhur - FOTOLAR
    • 23-11-2018, 18:23
    • 1 169

Yadplanetliləri görən 7 məşhur - FOTOLAR

Yadplanetlilərin varlığından bəhs edən yetəri qədər filmlər var.

Lakin onları real həyatda görənlərin sayı da yetəri qədərdir.

News24.az uçan naməlum obyekləri görmüş 7 dünya məşhurunun açıqlamasını təqdim edir:

Con Lennon

“Beatless” qrupunun yaradıcısı əfsanəvi Con Lennon Manhettan üzərindən uçan yadplanetlilərin şahidi olub. Hadisə C.Lennonun növbəti dəfə həyat yoldaşı ilə mübahisə etməsindən sonra baş verib. Evi tərk edən Lennon yeni sevgilisi ilə görüşüb. Balkona çıxdıqda isə yadplanetlilərin hava gəmisi ilə rastlaşıb. O, qorxuya düşürək polisə zəng vurub. Sən demə həmin gün Manhettenin bir çox sakini bu mənzərənin şahidi olub.

Mik Jagger


“Rolling Stones” qrupunun solisti Mik Jager UNO ilə bir neçə dəfə rastlaşıb. O, ilk dəfə musiqi festivalında yadplanetliləri gördüyünü bildirib. Növbəti dəfə isə fanatlar arasında baş verən böyük dava ilə tarixə yazılan konsert günü bu hadisənin şahidi olduğunu bildirib. O, hətta başqa planetin sakinlərinin onun bədəninə xüsusi çip yerləşdirdiklərini deyib.

Məhəmməd Əli

Əfsanəvi boksçu nə az, nə çox, düz 16 dəfə “uçan boşqab” gördüyünü bildirib. M.Əli “Əgər sübh tezdən göyə baxsaz, onları görə bilərsiz” deyib.

Elvis Presli

“Rok-n-roll kralı” da yadplanetlilərin nəzarətində olub. Onun atasının sözlərinə görə Presli dünyaya gələndə səmada qəribə mavi rəng olub. Daha sonra isə o rəng Elvisi hər yerdə izləyib. İddia olunur ki, Elvis Preslinin özü də kosmik səyahətçi idi.

Robbi Uilyams

Müğənni yadplanetlilərlə 3 dəfə kontaktda olduğunu deyib. Onlardan biri uşaqlıqda, digəri Beverli-Hilzdə yaşayanda olub. Sonuncu dəfə isə göydən gələnlər müğənnini studiyada ziyarət ediblər. Həmin vaxt R.Uilyams onlar haqda mahnını yeni yazıb bitiribmiş.

Layma Vaykule

Uşaqlıqdan ikinci dünyanın olduğuna inan müğənni Yurmalada çıxışı zamanı yadplanetlilərin hava gəmisini görüb. Həmin vaxt çəkilən fotolar sonradan Almaniyaya eskpertizaya göndərilib. Cavablarda isə fotoların orijinal olduğu deyilib.

Alla Puqaçova

Rusiya səhnəsinin primadonnası da bir dəfə “uçan boşqab” görüb. O, səhnədə çıxışı zamanı başının üstündə parlayan qəribə nəyinsə olduğunu hiss edib. Həmin vaxt bütün gücünü toplayaraq ən gözəl çıxışını etməyə başlayıb. A.Puqaçova bunu yadpalanetlilərin onu izlədiyinə inandığı üçün edib.

Ruscadan tərcümə etdi: Teymur MƏMMƏDOV