Səhiyyə naziri əvəzi bu vaksini vurdurub
    • 16-11-2021, 13:53
    • 392

Səhiyyə naziri əvəzi bu vaksini vurdurub

“Azərbaycanda koronavirus əleyhinə vaksinasiya prosesində ilk iştirak edən şəxslərdənəm. Bu il yanvarın 18-də vaksinasiya başlayanda elə həmin gün ilk dozanı qəbul etmişəm”.

News24.az xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev deyib.

O xatırladıb ki, təyin olunan vaxtlar ərzində ardıcıl olaraq üç doza vaksin vurdurub: “Hər üç doza vaksin Çin istehsalı olan “Sinovac” olub”.