-
- 16-11-2021, 16:57
- 424
Lətif Kərimovun 115 illik YUBİLEYİ KEÇİRİLDİ - FOTO
Bu gün Azərbaycan Milli Xalça Muzeyində Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin on birinci ili və görkəmli alim, Xalq rəssamı Lətif Kərimovun 115 illik yubileyi münasibətilə tədbir keçirilib.
News24.az-ın məlumatına görə, bu qədim milli sənətin dünya miqyasında tanınması kimi mühüm hadisə Azərbaycanın mədəniyyət və incəsənətinin təbliğində misilsiz xidmətləri olan ölkəmizin Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə baş tutub.
Təşkil olunan tədbirdə muzeyin ənənəvi texnologiya şöbəsində toxunan “Narlı”, “Sor-sor” xalçalarının və çiyi palazın təntənəli şəkildə qədim ənənələrə uyğun dəzgahdan kəsimi həyata keçirilib.
Azərbaycan Milli Xalça Muzeyi xalçaçılıq sənətinin inkişafı, qədim xalçatoxuma texnikalarının dirçəldilməsi, onların əsasında milli və ümumbəşəri əhəmiyyətli xalça nümunələrinin yaradılması istiqamətində yeni-yeni layihələr reallaşdırılıb.
Bildirilib ki, ilk dəfə xovlu və bütün xovsuz xalçatoxuma texnikalarını tətbiq etməklə unikal “Narlı” xalçasının toxunması da belə uğurlu layihələrdən biridir. Məlumata görə, oxucudan yüksək peşəkarlıq tələb edən bu nadir sənət əsəri 8 ay müddətində toxunub. Xalçanın yerliyində bərəkət, cənnət meyvəsi və uzun ömürlülük rəmzi olan nar ağacı verilib. Ağacdakı hər nar müxtəlif xovsuz xalça texnologiyasında toxunub və onun üzərindəki naxış həmin texnikalar üçün səciyyəvidir.
Belə ki, narlar palaz, çiyi-palaz, kilim, qədirqə, ladı, şəddə, vərni, zili və sumax, nar gülləri – xovlu, ağacın gövdəsi – zili texnikasında işlənilib.
Ənənəvi texnologiya şöbəsinin fəaliyyətinin istiqamətlərindən biri də muzeyin kolleksiyasında qorunan nadir eksponatların replikalarının hazırlanmasıdır. Tədbirdə kəsimi həyata keçirilən belə nümunələrdən biri italiyalı xalça kolleksioneri Erminio Bottininin 2020-ci ildə muzeyə hədiyyə etdiyi, 1811-ci ildə Şirvanda toxunmuş məşhur “Sor-sor” namazlıq xalçasının replikasıdır. Mükəmməl kompozisiya quruluşu, orijinal nümunə ilə eynilik təşkil edən rəngləri, ahəngdarlığı ilə gözoxşayan xalça 3 ay müddətində toxunub.
"Xalça Muzeyi xalçaçılıq sənətinin inkişafı, qədim xalçatoxuma texnikalarının dirçəldilməsi, onların əsasında milli və ümumbəşəri əhəmiyyətli xalça nümunələrinin yaradılması istiqamətində yeni-yeni layihələr reallaşdırır. Dövlət tərəfindən xalçaçılıq sənətinə böyük dəyər verilir".
Bunu Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova deyib.
O bildirib ki, bir neçə gün bundan öncə bizim muzeyimiz Ermitaj muzeyi ilə sərgi təşkil etdi: "Sərgi görmə imkanları məhdud insanlar üçün sənət əsərlərinin replikalarının yaradılması sahəsində uzun illər aparılan tədqiqatların nəticələri əsasında ərsəyə gəlib. Məncə, bu hadisə Azərbaycan muzeyşünaslığında xüsusi hadisədir."
Qədim rəngləri ənənələrə uyğun şəkildə təqdim olunacaq digər sənət nümunəsi isə çiyi palazdır. Çiyi adlanan palazlar orijinal və mürəkkəb hazırlanma texnikasına malikdir. Belə ki, sadə palazın toxunması zamanı arğaca müəyyən ardıcıllıqla naxış əmələ gətirən rəngli sapla kiçik həndəsi ornamentlər əlavə edilir. Yaşayış yerlərində çiyi palazdan əsasən divar bəzəyi, pərdə və örtük kimi istifadə olunub.
FOTO: Nicat Niftəliyev