-
- 29-06-2021, 17:19
- 971
“Ermənistan ərazi bütövlüyümüzü tanımırsa, sülh necə ola bilər?” - Tofiq Zülfüqarov
“Bakı erməni terrorçuları Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıyacağı və sülh sazişini imzalayağı təqdirdə qaytaracaq”.
Bu sözləri keçirdiyi mətbuat konfransında erməni deputat Naira Zöhrabyan deyib.
Məsələ ilə bağlı News24.az sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun fikirlərini öyrənib. O bildirib ki, hazırda terrorçuların məhkəməsi gedir və onların məsuliyyəti müəyyən edilir: “Bu baxımdan da qaytarmaq söhbətinə məhkəmədən sonra baxıla bilər. Amma əslinə qalsa, sülh sazişinin bağlanması təkcə Azərbaycana yox, Ermənistana daha çox vacibdir. Gecə-gündüz deyirlər ki, güya onların ərazi bütövlüyü pozulub, təhlükələr var və s. Əgər onların fikirləşdiyi kimi ərazi bütövlüyünə təhlükələr varsa, bəs, niyə saziş bağlamaq istəmirlər? Yəni burada məntiqsizlik var. Misal üçün, Fransa tələb edir ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü bərpa etsin. Fransa bir soruşsun ki, Ermənistanın ərazi bütövlüyü nədən ibarətdir? Əgər Ermənistan Azərbaycanın sərhədini tanımırsa, o zaman onun özünün ərazi bütövlüyü də yoxdur axı. Olmayan bir şeyi necə istəyə bilərsiniz?”
T.Zülfüqarov bildirib ki, vəziyyətin sabitləşməsi üşün sülh sazişi hər iki tərəfə lazımdır:
“Ermənilər bəhanə irəli sürürlər ki, güya bu sülh sazişini istəmirlər. Çünki onda Azərbaycanın ərazi bütövlüyünü tanıyacaqlar. Bəs, o zaman sülh nədən ibarət olacaq? Ərazi bütövlüyünü tanımırsansa, o zaman sülh necə ola bilər? Yəni faktiki olaraq, sən müharibəni təklif edirsən. Mənə elə gəlir ki, onun bəyanatı bir növ reaksiyadır. Bildiyiniz kimi, Avropa İttifaqının nümayəndələri Azərbaycanı və Ermənistanı ziyarət edib. Onlar erməni tərəfinin qarşısında məntiqli məsələlər qaldırıblar. Deyiblər, bəs, siz sülh sazişi istəmirsiz, deməli ,müharibənin davamını istəyirsiz? Bu məntiqli suala cavab tapmayanda isə başlayırlar hansısa uydurmaları təbliğ etməyə. Köhnə erməni taktikasıdır. Buna fikir verməyə dəyməz”.
T.Zülfüqarov həmçinin Ermənistan tərəfinin onlarda mina xəritələrinin olmadığı barədə açıqlamalarını “məntiqsiz” adlandırıb: “Onlar deyirlər ki, bizdə minalanmış ərazilərin xəritələri yoxdur. Əgər belədirsə, o zaman onlar müharibədən əvvəl bu ərazilərdən necə istifadə ediblər? Deməli, hansısa xəritələrin əsasında minanın harada olub olmadığını biliblər. Deməli, mina olan yerləri de-fakto bilirlər. İkinci məsələyə toxunmaq lazımdır. Orada sülhməramlılar xidmət aparır. Biz heç də eşitməmişik ki, onlarda hansısa bu cür hadisələr baş verib. Bir dəfə həlak olan olub. Ondan sonra sülhməramlılar olan ərazilərdə heç bir hadisə baş verməyib. Deməli, bu və ya digər şəkildə onlara məlumat çatdırılıb. Amma minalara düşən bizim əhalimizdir. Məntiqlə baxanda belə çıxır ki, mina xəritələrini bizə vermirlər. Qalanlar hamı ərazilərdən istifadə edirlər. Kəlbəcərdə bizim media işçilərimiz həlak oldu. O yoldan onlardan qabaq heç kim istifadə etməyibmi? Edib. Bəs bu minalar haradan peyda olub? Biz açıq deməliyik ki, bizə qarşı mina müharibəsi davam edir. Təbii ki, Azərbaycan da buna son qoymaq istəyir”.
Elxan Şahinoğlu: “Paşinyan höküməti formalaşdırandan sonra sülh sazişi üsərində çalışmalar başlayacaq”
Politoloq Elxan Şahinoğlu isə deyib ki, sülh sazişinin imzalanması Azərbaycanın tələbidir: “Prezident İlham Əliyev də dönə-dönə bu məsələni təkrarlayıb. Sadəcə olaraq Nikol Paşinyan qorxur, çəkinir ki, sülh sazişini imzalasa, Qarabağı tanımalı olacaq və onu devirə bilərlər. Halbuki, parlament seçkisində böyük qələbə qazanıb. Düşünürəm ki, höküməti formalaşdırandan sonra, sülh sazişi üsərində çalışmalar başlayacaq. Çünki Paşinyan özü də anlayır ki, iki qonşu ilə münasibətləri normallaşdırmasa, ölkəsinə barış gətirə, inkişafdan danışa bilməz. Sülh sazişinin imzalanması Paşinyanın siyasətindən və formalaşdıracağı komandadan asılıdır. Mən hesab edirəm ki, normal komanda formalaşsa və verdiyi vədləri yerinə yetirsə, ilin sonuna qədər bu məsələlər tənzimlənə bilər. Çünki erməni cəmiyyəti Paşinyana həm də ona görə səs verdi ki, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırsın”.
Teymur MƏMMƏDOV