Rusiya Qarabağ münaqişəsinin nizamlanmasına yardım göstərməyə hazırdır
    • 1-04-2019, 18:27
    • 1 129

Rusiya Qarabağ münaqişəsinin nizamlanmasına yardım göstərməyə hazırdır

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

News24.az
bildirir ki, bu barədə Kremlin mətbuat xidməti xəbər yayıb.

V.Putin Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında bundan sonra da yardım göstərməyə hazır olduğunu deyib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin martın 29-da Vyanada Ermənistan-Azərbaycan münaqişəsinin həllini müzakirə etmək üçün Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü olub. Təkbətək görüş iki saatdan artıq davam edib, sonra isə danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin və iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə davam etdirilib.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri və həmsədrlərin görüşün yekunu üzrə birgə bəyanatında danışıqlar prosesinin əsas məsələləri, substantiv məqamlar barədə geniş fikir mübadiləsinin aparıldığı qeyd olunur. Həmçinin sülh prosesinin irəli aparılması üçün münasib və münbit şəraitin yaradılmasının, danışıqlar prosesində konkret və nəticə yönümlü addımların atılmasının vacibliyi kimi məqamlar vurğulanır.