Lənkəranda qanunsuz yolla əldə edilən meşə materialları aşkar olundu
    • 18-11-2021, 11:07
    • 395

Lənkəranda qanunsuz yolla əldə edilən meşə materialları aşkar olundu

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Lənkəran rayonunda 06-BD-998 dövlət nömrə nişanlı “Qazel”, Masallı rayonunda isə 01-BF-795 və 41-BB-269 dövlət nömrə nişanlı “UAZ” markalı nəqliyyat vasitələri ilə meşə materialının daşındığı müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov News24.az-a bildirib ki, araşdırma zamanı Lənkəran rayon sakini Fərhad Hüseynov, Masallı rayon sakinləri Hamlet İmanov və Elvin Abbasovun idarə etdikləri avtomobillərin yük yerində ümumilikdə 7,98 m3 həcmində qanunsuz yolla əldə olunmuş meşə materialının daşındığı məlum olub.

O qeyd edib ki, hazırda işlər üzrə araşdırma davam edir.