"Uşaqlar üçün yatırılan sərmayə Azərbaycanın gələcəyinə yatırım deməkdir"- FORUM
    • 18-11-2021, 12:36
    • 337

"Uşaqlar üçün yatırılan sərmayə Azərbaycanın gələcəyinə yatırım deməkdir"- FORUM

"Pandemiya dövründə bəzi uşaqlar özlərini tənha hiss etdi və bu, həmin uşaqların psixoloji durumlarına təsir etdi".

News24.az xəbər verir ki, bunu UNİCEF-in Azərbaycan nümayəndəliyinin müavini xanım Min Yua V Ümumrespublika Forumunda çıxışı zamanı deyib. 

O bildirib ki, Azərbaycan höküməti tərəfindən bu istiqamətdə görülən tədbirləri izlədik və yüksək qiymətləndirdik: “Bu gün uşaqlar 2030-cu ilə dair planlardakı insan kapitalını təşkil edir. Uşaqlara yatırılan sərmayə Azərbaycanın gələcəyimə yatırılıb deməkdir. Uşaqlar və yeniyetmələr böyüklərə kömək etməlidir. Burada yalnız şəhərdə deyil uzaqda, regionlarda yaşayan uşaqlar da nəzərdə tutulur.

Bütün dünya COVID-19 infeksiyasına qarşı mübarizəni davam etdirir. UNİCEF uşaqların sağlam gələcəyini, onların müdafiəsinin həm Azəbaycanda, həm də dünyada davam etdirilməsi üçün çalışır. Bütün dünyada, eləcə də Azərbaycanda birgə fəaliyyət istiqamətlərində uşaqlara dəstək ola bilərik”.