-
- 24-11-2018, 12:10
- 1 499
Xalq artistinə qarşı çirkin siyasi oyun - FOTOLAR
Xalq artisti Faiq Ağayev haqsızlıqla qarşılaşıb.
Sənətkarın sosial şəbəkədə yazdığı fikirlərdən biri bədxahlar tərəfindən təhrif olunaraq, siyasi baxımdan çirkin formada insanlara təqdim edilib. Bundan hiddətlənən Ağayev üsyanını gizlətməyib:
"Yalan Allah qarşısında ən ağır günahlardandır! Həqiqəti qəbul etmək üçün qərəzsiz olmaq gərək. Sosial şəbəkələrdəki bir neçə əhəmiyyətsiz səhifə, ardınca da onların həyasız hayına uymuş bəzi Facebook və İnstagram istifadəçiləri, vicdan, əxlaq, gerçəklik, ədalət və din-imanı unudub, məni ləkələmək üçün öz aləmlərində "hücum"a keçiblər. Əllərində yellədikləri quldur bayrağı da 07 avqust 2018-ci il tarixində dərc etdiyim statusdan qopardıqları və "mahircəsinə" ixtisar etdikləri bu kəlməmdir: "Gün gələcək ... (ixtisar) ermənilərlə ünsiyyətimizi bərpa edib, (ixtisar) əlaqələrimizi yenidən quracağıq". Haqqıma girmək beləmi asan gəlir sizə? Cəsarətiniz çatsın, tam mətnlə tanış olun"!
Statusda yazdığı fikirləri screen edən xalq artisti sonda fikirlərini belə izah edib:
"Gerçək odur ki, öz tuluğunun zəhərində boğulan, cəmiyyətimiz üçün geridönməz itirilən bu azsaylı şəxslər də xalqımın nümayəndələridir.
Bu bəla ilə nə etməli? - əsas məsələ budur, Dostlar"!
P.S. Görünür, Faiq Ağayevin deputat olmaq istəyi kimlərisə qane etmir və bu səbəbdən narahatçılıqla xalq artistini çirkin siyasətlə nüfuzdan salmağa çalışırlar. Halbuki, bunu hər kəs bilir ki, Faiq Ağayev sənətkarlığından başqa, həm də gözəl natiq, savadlı, dünyagörüşlü və yüksək əxlaqlı insandır!
Screen edilmiş statusdakı fikirləri olduğu kimi çatdırırıq:
Azər NƏSİBOV