"Apple" indi də pilotsuz avtomobil istehsal edəcək - VİDEO
    • 19-11-2021, 14:13
    • 796

"Apple" indi də pilotsuz avtomobil istehsal edəcək - VİDEO

"Apple" şirkəti 2025-ci ildə sükansız və əyləcsiz tam avtonom idarəetmə sisteminə malik olan elektrikli avtomobil istehsal etməyi planlaşdırır.

News24.az xəbər verir ki, yeni layihənin kuratoru Kevin Linçin rəhbərlik etdiyi “Apple” şirkətinin avtomobil komandası diqqətini insan müdaxiləsi olmadan avtomobil idarə edə bilən elektromobil versiyasının yaradılmasına yönəldib.

"Apple"qeyd edilən tarixə qədər avtomobilləri istehsal edə bilməyəcəyi halda, ya layihəni təxirə salacaq ya da məhdud avtonomiyaya malik elektromobillərin satışına başlayacaq.