İşğaldan azad olunmuş ərazilərə keçmək istəyən şəxslər saxlanıldı
    • 20-11-2021, 10:50
    • 346

İşğaldan azad olunmuş ərazilərə keçmək istəyən şəxslər saxlanıldı

Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazilərində nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri ilə Binə kəndi ərazisindəki stasionar postda “VAZ” markalı avtomobil saxlanılıb.

Yoxlamalar zamanı sürücü Ələsgər Mahmudov və sərnişini Şəmistan Süleymanovun müvafiq icazələrinin olmadığı müəyyən edilib.

Həmçinin nəqliyyat vasitəsinə baxış keçirilib, bu zaman yük yerindən avtomobil ehtiyat hissəsi və məişət əşyaları aşkar edilib.
Fatla bağlı Xocavənd RPŞ-də araşdırmalar aparılır.