Yolu keçmək istəyən qoca kişini vurub öldürdü
    • 20-11-2021, 12:19
    • 477

Yolu keçmək istəyən qoca kişini vurub öldürdü

Şəkidə avtomobil piyadanı vuraraq öldürüb.

News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin Salman Mümtaz küçəsində  baş verib.

Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı minik avtomobili yolu keçmək istəyən qoca kişini vurub. Nəticədə, hələ ki, şəxsiyyəti məlum olmayan kişi hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.