Lökbatanda avtomobil piyadanı vuraraq öldürdü
    • 2-07-2021, 13:42
    • 382

Lökbatanda avtomobil piyadanı vuraraq öldürdü

Qaradağ rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

DİN-in mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, iyulun 2-də saat 1 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini Elşən İsgəndərov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub. Nəticədə həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.