Əfsələddin Ağalarov gənc jurnalistlər üçün KİTAB YAZDI
    • 20-11-2021, 17:30
    • 733

Əfsələddin Ağalarov gənc jurnalistlər üçün KİTAB YAZDI

Bu gün “Azxeber” saytının direktoru Əfsələddin Ağalarovun “Diqqət! Xəbər var!” monoqrafik kitabının təqdimat mərasimi keçirilib.

News24.az-ın məlumatına görə, “Azərikitab” kitab mağazasında baş tutan tədbirdə millət vəkilləri - Arzu Nağıyev, Vüqar İskəndərov, Naqif Həmzəyev, media rəhbərləri, baş redaktorlar - Rauf Arifoğlu, Toğrul Allahverdi, Aqil Ələsgər, Hacıbəy Heydərli, Mirhacib Məcid, Bahəddin Həziyev, Ülkər Qasımova, Səbuhi Abbasov və bir çox ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Kitabın müəllifi jurnalist Əfsələddin Ağalarov saytımıza açıqlamasında bu fikirləri bölüşüb: “Kitab Gənclər Fondunun dəstəyi ilə ərsəyə gəlib. Auditoriyası gənc jurnalistlərdir. Mövzu isə Azərbaycan və Türkiyənin ortaq media tarixidir. Gənclər bir cəmiyyətin lokomotividir. Onların inkişaf etdirilməsi, məlumat bazalarının genişləndirilməsi labüd və mütləqdir. Bundan əlavə, düşünürəm ki, biz Türkiyə ilə ortaq media dəyərlərini formalaşdırmalıyıq. Bu baxımdan da effektli olacağını düşünürəm. Kitab universitetlərin jurnalistika fakültələrində tamamilə ödənişsiz formada paylanılacaq”.