"Azərbaycan 100 mahnıda" adlı kitab nümayış olunub - FOTO
    • 27-09-2019, 16:23
    • 806

"Azərbaycan 100 mahnıda" adlı kitab nümayış olunub - FOTO

Azərbaycan Milli İncəsənət Muzeyində təqdimat mərasimi baş tutub.

News24.az xəbər verir ki, tədbirdə "Azərbaycan 100 mahnıda" adlı kitab nümayış olunub. Layihənin təqdimatında mədəniyyət xadimləri, millət vəkilləri, ziyalılar iştirak ediblər. Layihənin rəhbəri Xalq artisti Aygün Səmədzadə kitabın mahiyyəti barəsində ətraflı məlumat verib: "Bu gün hər kəs üçün əlamətdardır. Azərbaycan bəstəkarlarının vətən haqqında ərsəyə gətirdiyi 100 mahnısını toplamışıq. Bəziləri orijinallığı ilə qalsa da, elə mahnılar var ki, ona yeni nəfəs vermişik. Bu, bir növ bizim borcumuz idi. Bəzi insanlar bu kitab vasitəsilə keçmişə qayıdıb, unutduqları mahnıları yenidən yad edəcəklər. Nə qədər ki, Azərbaycan bəstəkalarının yaratdığı əsərlər, vətən mövzusu yaşayacaqsa bir o qədərdə bu cür kitablar yaşayacaq. Çox istərdim ki, hər bir ailədə,evdə, tədris ocağında musiqi vəsaiti kimi bu kitab olsun".  

Qeyd edək ki, tədbir Üzeyir Hacıbəyli adına beynəlxalq musiqi festivalı çərçivəsində gerçəkləşib, həmçinin də AXC-nin 100 illiyə həsr olunub.

Sevda Bayramova