Jurnalistin qanını çəkib, kanalizasiyaya axıdıblar
    • 24-11-2018, 13:36
    • 801

Jurnalistin qanını çəkib, kanalizasiyaya axıdıblar

İstanbulda qətlə yetirilən köşə yazarı Camal Qaşıqçı ilə bağlı yeni məlumatlar əldə edilib.

Səudiyyə Ərəbistanının İstanbul baş konsulluğuna girən jurnalist boğularaq öldürüldükdən sonra cəsədi soyundurulub, onun qanı çəkilərək kanalizasiyaya axıdılıb, sonra da yerə sərilmiş plastik lövhənin üstündə hissələrə parçalanıb.
Bütün bunları Salah al-Tubaiqi edib. Qlazqoda təhsil alan Tubaiqi hazırda Səudiyyə Ərəbistanında saxlanılanlar arasındadır.
O, cəsədi hissələrə ayırarkən musiqi dinləyib və ətrafdakılara da tövsiyyə edib. Tubaiqi həmçinin qanın ətrafa dağılmasının qarşısını almaq üçün laxtalandırıcıdan da istifadə edib.
Xatırladaq ki, "The Washington Post"da Səudiyyə Ərəbistanı əleyhinə yazılar yazan Camal Qaşıqçı oktyabr ayının 2-də Səudiyyənin İstanbul baş konsulluğunda boğularaq öldürülüb, cəsədi şaqqalanıb. Hadisədən 1 aydan çox vaxt keçməsinə baxmayaraq onun cəsədi tapılmayıb. Səudiyyə jurnalistin planlı şəkildə öldürüldüyünü etiraf edib və bildirib ki, 21 nəfər həbs olunub, onlardan 5-nə ölüm hökmü verilib.

//Milli.az