Azad olunan ərazilərdə daha 137 mina aşkarlandı
    • 22-11-2021, 17:06
    • 390

Azad olunan ərazilərdə daha 137 mina aşkarlandı

İşğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlanıb.

ANAMA-dan News24.az-a bildirilib ki, noyabrın 15-dən 20-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 25 piyada əleyhinə mina, 112 tank əleyhinə mina və 88 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

157 hektar ərazi mina və PHS-lərdən təmizlənib.