Hava şəraiti kəskin dəyişəcək, yağış, qar yağacaq XƏBƏRDARLIQ
    • 22-11-2021, 18:15
    • 564

Hava şəraiti kəskin dəyişəcək, yağış, qar yağacaq XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 24-ü günün ikinci yarısından 25-i gündüzədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən məlumata əsasən, havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° enəcək.

Noyabrın 25-i Azərbaycanın rayonlarında şimal-qərb qərb rayonlarından başlayaraq 27-dək bəzi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. 24-ü axşamdan 25-i gündüzədək qərb küləyinin arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.