"Tanınmış reperin anasının üstünə ağac düşməsi araşdırılır" - Baş Prokurorluq
    • 23-11-2021, 12:12
    • 583

"Tanınmış reperin anasının üstünə ağac düşməsi araşdırılır" - Baş Prokurorluq

Tanınmış reper Pərviz İsaqovun (Promete) küləyin təsirindən anasının üzərinə ağac düşməsi və ayağının amputasiya edilməsi faktı araşdırılır.

Baş Prokurorluğun mətbuat xidmətindən News24.az-ın sorğusuna cavab olaraq bildirilib ki, vətəndaş Pərviz İsaqovun anası Pərvanə İsaqovanın 10.11.2021-ci il tarixdə Yasamal rayonu, Mirəli Seyidov küçəsi 60 ünvanın yaxınlığında olarkən ağacın küləkliyin təsirindən qırılaraq üzərinə düşməsi və sonuncunun aldığı xəsarətlər nəticəsində sol ayağının amputasiya edilməsi barədə müraciət əsasında Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.